• $
  • €
  • ₽
  • ₺
  • £

Vaxtilə AXCP və Müsavatda olub, sonra onlardan üz döndərən deputatlar - SİYAHI

Vaxtilə AXCP və Müsavatda olub, sonra onlardan üz döndərən deputatlar - SİYAHI
01.03.2019 13:16
Arif Rəhimzadə kimi nəzərdə tutub? - Müsavat və AXCP-də olmuş deputatlar...

 
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Arif Rəhimzadə "Yeni Müsavat” qəzetinə müsahibəsi zamanı sensasion fikirlər səsləndirib.

Millət vəkili bildirib ki, deputat həmkarlarından biri ilə illərdir salamlaşmır və hətta o adamla eyni liftə belə minmir. Buna səbəb həmin deputatın müxalifətdə olduğu dövrdə Ulu Öndər Heydər Əliyevin haqqında "layiqsiz ifadələr” işlətməsidir. A.Rəhimzadə həmin şəxsin adını açıqlamayıb və bildirib ki, bunu onun özünə deyib.

Bəs görəsən Arif Rəhimzadə kimi nəzərdə tutub? Güman ki, həmin şəxs vaxtilə Müsavat və AXCP-də təmsil olunan deputatlardan biridir.

azxeber.com vaxtilə Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan və hazırda mandat daşıyan deputatlarla bağlı araşdırma aparıb.
 

 

Milli Məclisin deputatı Fərəc Quliyev vaxtilə AXC-nin rəhbərliyində təmsil olunub. AXC Ordubad rayon şöbəsinin sədri, AXC İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini olan F.Quliyev hazırda Milli Dirçəliş Hərəkatı Patiyasının sədridir və 31 saylı Suraxanı ikinci seçki dairəsini parlamentdə təmsil edir. 1995-2000-ci illərdə məhbus olan F.Quliyev həbsdən çıxandan sonra siyasi fəaliyyətində korrektələr edib və artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır.
 


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də vaxtilə AXCP rəhbərliyində təmsil olunub. AXCP sədri Əbülfəz Elçibəyin müşaviri, AXCP sədri Əli Kərimlinin isə müavini olub. 2001-ci ildə AXCP-nin "yurdçular” və "klassiklər” qanadlarında olan parçalanmadan sonra "birləşmiş AXCP”ni yaratsa da, qeydiyyata aldıra bilməyib. Ədliyyə Nazirliyi Q.Həsənquliyevin AXCP-sini dövlət qeydiyyatına alsa da, sonradan bu qərarı ləğv edib. Hazırda Bütöv Azərbayccan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədridir və 7 saylı Ordubad-Culfa seçki dairəsini parlamentdə təmsil edir.
 

 

Milli Məclisin deputatı Fazil Mustafa da uzun müddət AXCP rəhbərliyində təmsil olunub. Ötən əsrin 90-cı illərində AXCP sədri Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olaraq fəaliyyət göstərən F.Mustafa sonradan partiyanın sədr müavini olub. AXCP-dəki ikitirəlik zamanı əvvvəlcə Əli Kərimlinin rəhbəri olduğu "yurdçular” qanadında, sonradan isə "klassiklər” qanadında təmsil olunub. Partiya rəsmən parçalandıqdan sonra "klassik” AXCP-də sədr müavini postunu tutub. Bir müddət sonra isə Böyük Quruluş Partiyasını yaradıb və hazırda bu partiyanın sədridir. 26 saylı Sabunçu birinci seçki dairəsini parlamentdə təmsil edir.
 

 

Milli Məclisin deputatı Asim Mollazadə 1994-2005-ci illərdə AXCP sədrinin müavini olub. Əvvəlcə Əbülfəz Elçibəyin, sonra isə Əli Kərimlinin. Bu müddətdə partiyanın beynəlxalq əlaqələrinin qurulmasına məsul olub. 2005-ci ildə Azərbaycan Demokratik İslahatlar Partiyasını yaradıb və hazırda həmin partiyanın sədridir. AXCP-də olduğu müddətdə Demokratiyanın İnkişafı Fondunun vitse-prezidenti və Azərbaycan Avro-atlantik Mərkəzinin prezidenti işləyib. Rəhbəri olduğu partiya isə keçmiş cəbhəçilərin deyil, xaricdə təhsil almış gənclərin bazasında formalaşıb. 22 saylı Nəsimi ikinci seçki dairəsini parlamentdə təmsil edir.
 

 

Milli Məclisin deputatı Rasim Musabəyov uzun müddət Müsavat Partiyasının üzvü olub. Müsavat Partiyası Divanının üzvü olan R.Musabəyov sonradan bu partiya ilə yollarını ayırıb. Müsavatda təmsil olunan müddətdə siyasi təhlilçi kimi məşhurlaşıb. 2003-cü ilin oktyabr hadisələri zamanı "ANS”in "Nəzər nöqtəsi” verilişində Müsavatın maraqlarını müdafiə edib. Azərbaycanın Litvada səfiri Tamerlan Qarayevlə bacanaq olan R.Musabəyov artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır. 18 saylı Nərimanov - Nizami seçki dairəsini parlamentdə təmsil edir.
 
 

 


Milli Məclisin deputatı Musa Qasımlı da Müsavat Partiyasının rəhbərliyində təmdsil olunub. Partiya Divanının üzvü olan M.Qasımlı 2003-cü ilin oktyabr hadisələri zamanı partiya rəhbərliyinin yürütdüyü siyasətə etiraz olaraq Müsavatdan istefa verib. Bundan sonra siyasi fəaliyyətlə məşğul olmayan profesor 2010-cı ildə ilk dəfə deputat seçilib. Əvvəlcə 42 saylı Sumqayıt ikinci seçki dairəsini, hazırda isə 72 saylı Yardımlı-Masallı seçki dairəsini parlamentdə təmsil edir. Eyni zamanda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur.
 

 

Milli Məclisin deputatı Nizami Cəfərov da Müsavat Partiyasının Bərpa Mərkəzinin və partiya Divanının üzvü olub. 1994-cü ildə isə bu partiyadan istefa verərək, Yeni Azərbaycan Partiyasına keçib. 20 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur. 108 saylı Ağstafa seçki dairəsinin seçicilərini parlamentdə təmsil edən N.Cəfərov eyni zamanda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olub. Filalogiya elmləri doktoru, akademik Nizami Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Dünya Alpaqut Federasiyasının prezidentidir.

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir
Siyasət 19:08
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası üzrə işi davam etdirir
Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb
Siyasət 19:04
Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Siyasət 18:49
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Siyasət 18:35
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox