• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur erməni aktyor Azərbaycana sevgisindən danışdı

Məşhur erməni aktyor Azərbaycana sevgisindən danışdı
03.10.2014 10:39

Bu gün 250-dən çox filmdə çəkilmiş erməni əsilli məşhur sovet aktyoru Armen Ciqarxanyan 79 yaşını qeyd edir.

Hazırda Moskvada dramatik teatra rəhbərlik edən aktyor Armen Ciqarxanyan doğum günü münasibətilə Ukraynanın “Faktı” portalına müsahibə verib və erməni-Azərbaycan münaqişəsinə münasibətini açıqlayıb.ANN.Az Oxu.Az-a istinadən həmin müsahibədən çıxarışları təqdim edir:Armen Ciqarxanyan: Dahiyanə nağıl var – “Bir damcı bal” adlanır. Ovçu iti ilə ovdan evə qayıdır. Yolda kənddən bal almaq qərarına gəlir. Satıcı ona bal süzərkən, bir damcı balı yerə tökür. Arıçının pişiyi tez özünü atır bal damcısının üstünə və başlayır yalamağa. Ovçunun iti pişiyin üstünə hücum çəkir. Satıcı iti qovlamağa çalışarkən, onu təpiklə vurur. Ovçu buna cavab olaraq, atəş açır. Və müharibə başlayır! Bir daha xatırladıram, nağılın adı “Bir damcı baldır”.  “Faktı”: Fəlsəfi nağıldır...Armen Ciqarxanyan: Hə, onu yadda saxlayın. Bilirsiz, erməni və azərbaycanlıların münaqişəsi uzun müddətdir ki, davam edir. Və bütün bunlar çox çətindir. Lakin bütün normal insanlar dinc yaşamaq istəyirlər. Biz qonşuyuq! Çox yeməklərimiz eynidir, dadlıdır, Ermənistanda çoxları Azərbaycan mahnılarını hədsiz sevirlər, avtomobildə gedərkən dinləyirlər... Düşmənçilik və nifrət isə heç kimə yaxşı heç nə gətirməyib və gətirməyəcək də.Mənim Amerikada dostum var – ermənidir. Bir dəfə onu Nyu-Yorkda Azərbaycan restoranına dəvət etdim. O etiraz etdi: “Ora getmərəm!”. Soruşdum:  “Bax sənin anan şəkər xəstəsidir. Onu kim müalicə edir?”. Cavab verdi: “Çox yaşı həkim Məhrən”. “Bəs o kimdir, azərbaycanlı deyilmi?”- deyə, mən dəqiqləşdirdim. Düşünürəm, o hər şeyi yaxşı anladı.... Hər yerdə yaxşı, normal adamlar var.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol