• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayevdən məşğulluqla bağlı AÇIQLAMA: "Çox önəmli qərarlar qəbul edilib"

Sahil Babayevdən məşğulluqla bağlı AÇIQLAMA: "Çox önəmli qərarlar qəbul edilib"
29.05.2020 03:53
"Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsindən çox önəmli qərarlar qəbul edilib. Təqdim olunan böyük həcmli vergi güzəştləri, inzibati tədbirlərin təkmilləşdirilməsi nəticəsində artıq bu ilin ilk aylarından müsbət nəticələr əldə edilib".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, təkcə iki ayda bu sahədə 50 mindən çox artım qeydə alınıb:

"Mart ayının 5-ə olan məlumata görə ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunların 40 mini məhz özəl sektorda əmək pensiyalarının artımından irəli gəlir. Bu rəqəmlər aparılan islahatların uğurlu şəkildə həyata keçirilməsinə bir nümunədir. İlk iki ayda əmək müqavilələrinin sayı 50 mindən çox artması formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına xidmət edir".

Nazir bildirib ki, ölkədə qeyri-formal məşğulluğun dəqiq qiymətləndirilməsi mümkün deyil:

"Ən inkişaf etmiş ölkələrdə qeyri-formal məşğulluğun həcmi 20-30 faiz civarındadır. Qeyri-formal məşğulluq bütün dövlətlərdə var, bunun qiymətləndirilməsi üçün müxtəlif təcrübələr mövcuddur. Ona görə də ölkəmizdə qeri-formal məşğulluğun faizini birmənalı olaraq qiymətləndirmək çətindir. Lakin dinamika ilə baxdıqda irəliləyişlər müşahidə edirik. Əgər əmək müqavilələrinin sayı iki ayda 53 min artırsa, il ərzində bu sahədə ciddi irəliləyişlərin olmasına imkan yaradır. Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər yaxşı görünür. Bu gün Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda böyük bir kəsim pay torpağı, fərdi sahibkarlar və muzdlulardır. Bizim əsas məqsədimiz muzdluların sayının artırılmasıdır. Bu da gələcəkdə onların pensiya təminatına imkan verəcək. Qeyri-formal məşğulluğun həcminin dəyərləndirilməsi üçün müxtəlif kriteriyalar var. Bizim ora pay torpaq sahiblərini aid etməyimizdən çox şey asılıdır. Əgər kənd təsərrüfatında çalışanları formal məşğulluq kimi qəbul etsək, Azərbaycanda vəziyyət heç də pis deyil".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol