• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv olunan nigeriyalı: “Allah İlham Əliyevə can sağlığı versin”

Əfv olunan nigeriyalı: “Allah İlham Əliyevə can sağlığı versin”
18.03.2019 08:59
Cənab Prezident İlham Əliyevə bizi azadlığa buraxdığı üçün təşəkkür edirəm.

Anews.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu 17 saylı cəzaçəkmə müəssisəsindən əfv olunmuş Nigeriya vətəndaşı Obume Mozes bildirib.

"Allah İlham Əliyevə can sağlığı versin. O çox humanist insandır. Ailəm və mən azadlığa buraxıldığımız üçün çox şadam. Mən Azərbaycanda yaxşı günlər keçirmişəm.

Azərbaycan xalqına uzun ömür arzulayıram. Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bu fond yaxşı işləyir.

Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm. Bu həbsxananın müdiriyyətinə də təşəkkür edirəm ki, bizimlə humanist davrandılar”, - deyə Mozes söyləyib. 

Saxta pul kəsdiyi üçün 17 ay həbsdə olan 53 yaşlı Mozes onu da bildirib ki, Miqrasiya Xidmətinə getdikdən sonra Nigeriyaya qayıdacaq.

Qeyd edək ki, bu cəzaçəkmə müəssisəsində 10 nəfər məhbus əfv olunub. Onların arasında iki Nigeriya vətəndaşı da olub.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol