• $
  • €
  • ₽
  • ₺
  • £

"Bizi şantaj ediblər"

"Bizi şantaj ediblər"
30.09.2014 13:19
Milli Məclisdə bəzi beynəlxalq təşkilatlar kəskin tənqid olundu. ANS PRESS-in məlumatına görə, vitse-spiker Valeh Əsgərov öz çıxışında bildirib ki, AVRONEST Azərbaycana qarşı daim qərəzli münasibət göstərib. Dağlıq Qarbağın işğalı ilə bağlı AVRONEST-də qətnamə qəbul olunsa da, bu məsələ haqqında heç bir irəliləyiş yoxdur. "Azərbaycana qarşı ikili, hətta üçlü standartlarla yanaşma var. Azərbaycanı hətta AVRONEST-də bloggerlərlə bağlı şantaj ediblər. Deyiblər ki, ya bizim şərtləri qəbul edin, ya da bloggerlərlə bağlı qərar qəbul ediləcək. Onların məqsədi Azərbaycan xalqını ermənilərlə dost münasibət yaratmasına nail olmaqdır. İstəyirlər ki, xalqlar arasında barışıq yaransın və Qarabağ məsələsi xalqımızın yadından çıxarılsın. QHT-lərə də ayrılan xarici investorların maliyyə investisiyalarının məqsədi də budur".Spiker Oqtay Əsədov da bildirib ki, AVRONEST 2009-cu ildəki hesabatlarını yenidən təkrar edir. "Görünür ki, onlarda Azərbaycana qarşı qərəzli münasibət hələ də dəyişməyib".Millət vəkili YAP siyasi şurasının üzvü Siyavuş Novruzov isə "Freddom House"nin Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli olduğuna görə tənqid edib. Onun sözlərinə görə, “Freedom House” adlı anonim beynəlxalq təşkilat Azərbayacana qarşı qərəzli mövqeyini davam etdirir. "Onlar Azərbaycanda həbs olunan QHT rəhbərlərinin azad olunmasını tələb edirlər. Onlar girov deyil ki, qeyd-şərtsiz onları azad edək. İstintaq davam edir və bu hüquqi qaydada həll olunmalıdır. Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidir. Biz AŞPA nümayəndələrinə sual verdik ki, Rusiyanı səsvermə mandatəndan məhrum edirsiniz, amma Ermənistanı yox, bunun səbəbi nədir? Cavab bu oldu ki, Ermənistan Azərbaycan torpqalatrını işğal edəndə 1992-ci il idi. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol