• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Əliyevin önündə 10 dəqiqə... – Vyanada 3 saatlıq görüşün İLK DETALLARI

Paşinyan Əliyevin önündə 10 dəqiqə... – Vyanada 3 saatlıq görüşün İLK DETALLARI
29.03.2019 19:28
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən ilk rəsmi görüşü başa çatdı.

Publika.az xəbər verir ki, təxminən 3 saatdan çox çəkən görüşdə liderlər təkbətək və həmsədrlərin iştirakı ilə müzakirələr aparılıb.

Maraqlıdır ki, "Briston” otelində baş tutan Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü 2016-cı ilin 16 may tarixində Əliyevlə Serj Sarkisyanın görüşdüyü "Burggatten” zalda keçirilib.

2016-cı ilin "aprel müharibəsi”ndən sonra ilk danışıqlar mayın 16-da Vyana şəhərində "Briston” otelində keçirilmişdi.

Əliyev-Paşinyan görüşündə diqqət çəkən digər məqam Ermənistanın baş nazirinin görüş yerinə öncə gəlişi və Azərbaycan liderini gözləməsi idi. Paşinyan təxminən 10 dəqiqəyə yaxın görüş zalında gözləməli oldu.

Ən mühüm məqam isə liderlərin görüşlə bağlı mətbuata bəyanatla çıxış etməməsidir. Görüşü izləyən erməni jurnalist Tatul Akopyan da bildirib ki, jurnalistlər bəyanatın veriləcəyini gözləsələr də, bu olmadı.

Bəyanatın verilməməsi görüş haqqında bədbinlik yaradır, çünki təcrübə təsdiqləyir ki, adətən səmərəli keçən danışıqlardan sonra dərhal bəyanat verilir. Əslində Nikol Paşinyanın danışıqları pozmağa hesablanmış şərtlərlə görüşə gəldiyi məlum idi. Görüş öncəsi o bəyan etmişdi ki, "Qarabağın tərəf kimi iştirakı” tezisini əsas şərt kimi irəli sürəcəklər. Təbii ki, nə Azərbaycan, nə də həmsədr ölkələr bunu qəbul etmirlər və bu, danışıqları dalana salır.
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol