• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO

Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO
04.04.2019 10:30

Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbul şəhərindəki "Liv Hospital”da gözlərindən iki dəfə əməliyyat olunub.

Report-un xəbərinə görə, o, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib: 

"Ağır əməliyyat keçdi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu. Görmə qabiliyyətim əvvəlkinə nisbətən yaxşılaşdı. Müalicəm Bakıda davam etdiriləcək. Gözlərimi əməliyyat edən həkimlər Bakıda məni müalicə edən həkimlərlə mütəmadi olaraq əlaqə saxlayacaqlar”.

 

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Murad Zamanov göz təzyiqi xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub.

Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini deyib: 

"Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol