• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Aprel döyüşlərinin detallarını açıqladı: Müdafiə xəttini 18 dəqiqəyə yardıq

Nazir Aprel döyüşlərinin detallarını açıqladı: Müdafiə xəttini 18 dəqiqəyə yardıq
04.04.2019 12:40
Aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günə darmadağın edib.

Anews.az-ın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. 

O bildirib ki, döyüşlər zamanı ordumuz yüksək bacarıq nümayiş etdirib:

"Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan üç dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi.

Gecə dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu üç gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı.

Azərbaycanın bir tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi bir, ermənilərdə 15 oldu, 300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu.

Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xəttə yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol