• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Fransaya nota göndərəcək

Azərbaycan Fransaya nota göndərəcək
26.09.2014 20:47
“Fransalı senator Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə separatçılığın, bəşəriyyət üçün böyük təhlükə olan terrorçuluğun və eyni zamanda insanlığa qarşı törədilmiş cinayətlərin təşviqində rol oynayır. Bu şəxs ilk növbədə öz məsuliyyətini dərk etməlidir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev fransalı senator, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Filipp Kaltenbaxın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri və orada etdiyi çıxışa münasibət bildirərkən deyib. Azərbaycanın Fransadakı səfirliyi tərəfindən lazımi addımların atıldığını söyləyən mətbuat katibi bildirib ki, senator F. Kaltenbaxın işğal altındakı Dağlıq Qarabağa səfəri ilə əlaqədar Fransanın rəsmi qurumlarına lazımi müraciətlər ediləcək. Xatırladaq ki, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri, senator Filipp Kaltenbax Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edib. O, separatçı rejimdə guya demokratik dəyərlərin inkişaf etdiyini deyərək Azərbaycanı bundan nümunə götürməyə çağırıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol