• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycanı seçim etməyə çağırdı

Paşinyan Azərbaycanı seçim etməyə çağırdı
15.04.2019 21:10
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar davam edir. Tərəflər danışıqlarda dürüst və eyni dalğada olmalıdır.” 


Anews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin bugünkü Moskva görüşünü şərh edərkən deyib.
İşğalçı ölkənin sülhpərvər imic yaradan lideri hətta riyakarcasına, Azərbaycanı münaqişənin hansı yolla həllinə tərəfdar olduğunu dəqiqləşdirməyə çağırıb. 


"Davosdakı, Vyana, Sankt-Peterburq və Düşənbədəki görüşlərin ruhu sülh yolu ilə nizamlanma üzərində işləmək zərurətindən irəli gəlirdi. Ümid edirəm ki, bu impulslar səmimidir, çünki əgər kimsə danışıqlar masası arxasında başqasını aldatmağa çalışsa, onda heç nə alınmayacaq və biz yanlış yerə gedib çıxacağıq. Biz (Ermənistan) sonadək sülhü təşviq etmirik. Biz ümumiyyətlə heç nəyi təşviq etmirik, amma problemin həlli üçün müəyyən platformanın yaradılmasını təklif edirik. Ermənistanı müharibə ilə qorxuda bilmərsiniz. Biz də heç kimi müharibə ilə qorxutmuruq. Onda, gəlin nəhayət qərar verək – məsələni sülh platformasında həll edək, ya yox. İstənilən sağlam düşüncəli insan sülh variantı üzərində işləməlidir. Əks halda, danışıqların mənası yoxdur”,- deyə Paşinyan vurğulayıb. 


Xatıladaq ki, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib. Daha sonra Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində nazirlərin üçtərəfli danışıqlarına qatılıblar. (azvision.az )

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol