• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan polisinə yeni silah veriləcək - TƏFƏRRÜATLAR

Azərbaycan polisinə yeni silah veriləcək - TƏFƏRRÜATLAR
24.09.2014 15:07
Dünyanın müxtəlif ölkələrindəki polislər xidməti fəaliyyətlərində xüsusi vasitə olan elektroşokerdən istifadə edirlər. Bu vasitədən yalnız əlahiddə situasiyalarda istifadə olunur.Azərbaycanda isə mövcud qanunvericilik polisin elektroşokerlərdən yararlanmasını yasaqlayır. Fəqət, bu qadağanın "ömrü"nə çox qalmayıb.Milli.Az Day.Az-a istinadən bildirir ki, ölkə polisinə bu yaxınlarda elektroşokerlər veriləcək. Amma şərtlə: xüsusi vasitədən yalnız azsaylı polislər istifadə edə biləcəklər.Məsələ Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək təsdiqlənib.Komitə üzvləri elektroşokerlərdən vətəndaşların səhhəti və sağlamlığı üçün real təhlükə zamanı: qiyamlar və ya kütləvi iğtişaşlarda: yaşayış binaları ilə müəssisələrə qrup halında hücumların dəf olunması, həbs və ya saxlanılma tədbiri seçilmiş adamların qaçışının qarşısının alınması, yaxud da ömürlük həbs cəzası almış şəxsin qaçmasına imkan verilməməsi zamanı istifadəni təklif edirlər."Bu səlahiyyətlərə yalnız xüsusi təlim keçmiş bir dəstə polis malik olacaq. "Polis haqqında" qanuna dəyişikliklərin edilməsi təhlükəsizliyi daha üstün səviyyədə təmin etməyə, polis əməkdaşlarının işini asanlaşdırmağa və bu minvalla cinayətkarı daha operativ şəkildə zərərsizləşdirməyə imkan verəcək. Elektroşokerlər yalnız müəyyən hallarda tətbiq olunacaq. Belə təcrübə dünyanın bir çox inkişaf etmiş ölkələrində var. Müvafiq xarici təcrübənin əxz olunmasını normal sayıram", - millət vəkili Azay Quliyev dedi.Onun sözlərinə görə, məsələyə Milli Məclisin sentyabrın 30-da başlanacaq payız sessiyasında baxıla bilər.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Vəliyevin dediyinə görə, əgər millət vəkilləri bu məsələni gündəmə gətiriblərsə, deməli, zərurət var."Polisin elektroşokerlərdən istifadə etməsi ilə bağlı ideya təqdirəlayiqdir. Əgər belə praktika xarici ölkələrdə varsa, onu niyə Azərbaycanın hüquq-mühafizə orqanlarında tətbiq etməməliyik?! Mən bilən, məsələyə Milli Məclisin komitəsi səviyyəsində baxılıb, amma parlament hələlik təsdiqləməyib", - Q.Vəliyev söylədi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol