• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin qanunsuz əməllərini əks etdirən hesab yaradıldı

Ermənilərin qanunsuz əməllərini əks etdirən hesab yaradıldı
17.04.2019 11:17
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bununla bağlı XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu xüsusda, XİN tərəfindən "Twitter” sosial şəbəkəsində Azərbaycanın işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən "Armenian Occupation Watch” adlı hesab yaradılıb.

Sözügedən "Twitter” hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol