• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan alman deputatı “qara siyahı”ya saldı

Azərbaycan alman deputatı “qara siyahı”ya saldı
23.09.2014 13:19
Almaniya Bundestaqının üzvü, Xristian-Demokrat Partiyasından olan deputat Manfrend Qrund Azərbaycanın “qara siyahı”sına daxil edilib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev APA-ya bildirib ki, bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Bakıdan icazəsiz səfər edən və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə görüşlər keçirən M. Qrund Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına hörmətsizlik edib: “Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə dövlətin icazəsi və razılığı olmadan səfər edən şəxslərin adı avtomatik olaraq Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına düşür. Rəsmi Bakı bir daha vurğulayır ki, Ermənistan hərbi birləşmələrinin işğalı altında olan ərazilərə Azərbaycan hökuməti ilə razılaşdırmadan səfər etmək beynəlxalq hüquqa ziddir”. Rəsmi Berlinə hər hansı rəsmi müraciət olunub-olunmayacağı barədə suala Azərbaycan XİN-in sözçüsü belə cavab verib: “Bu işlə bizim Almaniyadakı səfirliyimiz məşğul olacaq, gərəkli addımlar atılacaq”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol