• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək
23.09.2014 12:15

1-5 oktyabr 2014-cü il tarixlərdə Azərbaycanın Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək.

ANN.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir. Foruma Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə qatılacaq.Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak edəcəyi forumun açılış mərasimi 2 oktyabr 2014-cü il tarixdə Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq.Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol