• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Rəsmi Yerevan cəfəngiyatla məşğul olur

XİN: Rəsmi Yerevan cəfəngiyatla məşğul olur
21.09.2014 17:32

Obyektiv reallıq hissini itirən Eduard Nalbəndyan diaspora qarşısında Ermənistanın uğursuz xarici siyasətinə və ölkəsinin təcridinin dərinləşməsinə ifrat yalan vasitəsilə çarəsiz şəkildə bəraət qazandırmağa çalışmışdır. 

Oxu.Az-ın Milli.Az-a istinadən məlumatına görə, bunu mətbuata açıqlamasında “Ermənistan-Diaspora” Konfransında Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın söylədiklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin məhz bu prinsiplər əsasında həll edilməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir.

 

E.Nalbəndyanın yalanlarını ifşa etmək üçün yalnız 2014-cü ilin son 9 ayı ərzində Azərbaycanın əldə etdiyi diplomatik qələbələri qeyd etmək kifayətdir. Faktlar özlüyündə hər şeyi deyir:

“4-5 sentyabr tarixlərində NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulamışlar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunmuşdur”.

H.Hacıyev bildirib ki, tez unutqanlığa varan E.Nalbəndyan və onun prezidenti S.Sarkisyan şəxsən bu toplantıda iştirak edirdilər.

 

18-19 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuş, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə tarixi və mədəni irsimizin dağıdılmasını qınayan qətnamələr qəbul edilmişdir.

28-29 may tarixlərində Qoşulmama hərəkatının Əlcəzairdə keçirilmiş XVII xarici işlər nazirləri iclasının yekununda qəbul olunmuş "Yekun Əlcəzair Sənədi"də münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənmişdir.

120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı BMT-nin Baş məclisindən sonra dünya miqyasında ən çox dövlətin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır.

13 may tarixində Ər-Riyadda keçirilmiş Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

 

Azərbaycan XİN rəsmisi bildirib ki, əvvəlki illərə qayıdaraq bu siyahını daha da genişləndirmək olar.

Onun sözlərinə görə, E.Nalbəndyanın istinad etdiyi ATƏT-in Minsk qrupunun 2009-2013-cü illər ərzində verdiyi bəyanatlarda ən vacib məqam status-kvonun qəbul edilməzliyi olmuşdur. Status-kvo isə işğal və təcavüz və onların doğurduğu fəsadlar deməkdir:

“Beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirən bu təkzibolunmaz faktların müqabilində “beynəlxalq ictimaiyyət” dedikdə görəsən Nalbəndyan kimi nəzərdə tutur? Ona görə də rəsmi Yerevan erməni ictimaiyyətini və diasporunu aldatmaq üçün cəfəngiyatla məşğul olmaqdansa, Ermənistanın kəskinləşən tənəzzülünün qarşısını almaq üçün münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır”.

Trend

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol