• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Artıq önümüzdə bütün üfüqlər açıqdır

İlham Əliyev: “Artıq önümüzdə bütün üfüqlər açıqdır
20.09.2014 11:44

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, Cənub Qaz Dəhlizinin təməli qoyulur”.

 APA-nın məlumatına görə, bu sözləri “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində prezident İlham Əliyev deyib.

 Dövlət başçısı bildirib ki, “Əsrin Müqaviləsi” 20 ildir icra edilir və böyük mənfəət gətirib. O qeyd edib ki, BTC Xəzər dənizi ilə Aralıq dənizini birləşdirib və bu, tarixi nailiyyətdir: “1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə müqavilə bağlanıb, həmin müqavilə bu gün atdığımız addımın əsasını qoyub. 1999-cu ildə Bakı-Supsa neft kəməri tikilib, 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. Bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi hadisə idi. Azərbaycan dünyada qaz ixracı üzrə yeni dövlət kimi tanınmağa başladı. Bundan sonra biz bir neçə variant üzrə işləyirdik. 2012-ci ildə Transanadolu Qaz Kəmərinin (TANAP) tikintisi üzrə razılıq əldə edilib. Bundan sonra TANAP marşrutunun seçilməsi də tarixi hadisədir. Keçən il qazın ixracı ilə bağlı müqavilələr imzalanıb. Artıq önümüzdə bütün üfüqlər açıqdır. Biz birlikdə Cənub Qaz Dəhlizinin tikilməsini təmin etməliyik. Bu gün görülən işlər əvvəllər görülən işlərin təməlidir”. 

 Layihənin Azərbaycan iqtisadiyyatına əlavə dividentlər gətirəcəyini söyləyən prezident bəyan edib ki, son illər Azərbaycanın büdcə xərcləri 20 dəfə artıb, işsizlik 5 faizdən aşağı düşüb. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 38-ci yerdədir. Onun sözlərinə görə, TANAP layihəsində Azərbaycan əsas səhmdardır və maliyyə yükünü üzərinə götürəcək: “Şahdəniz, TANAP və TAP-da Azərbaycan öz payını özü maliyyələşdirir. Bu layihənin icrasında uduzan tərəf olmayacaq. Bu layihə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir və bu gündən sonra bu rol daha da artacaq”. 

 Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatlarının isə 4 trilyon kubmetr olduğunu vurğulayıb: “Enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminəm. Bu günə qədər neft-qaz layihələrində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bu gündən daha geniş əməkdaşlığa başlayırıq. İtaliya, Yunanıstan, Bolqarıstan, gələcəkdə Çernoqoriya və digər ölkələr bu layihəyə qoşula bilər. Neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, komandamız qələbə qazanacaq. Yolumuz açıq olsun”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol