• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən sensasion anons: Yeni modelə keçid başladı

Prezidentdən sensasion anons: Yeni modelə keçid başladı
30.04.2019 17:23
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda çıxış edən Prezident İlham Əliyev 3 mühüm sahə üzrə yeni sosial iqtisadi modelə keçilməsinin anonsunu verib.

İclasda milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji Yol xəritələri ilə bağlı görülmüş işlərin icra vəziyyəti təhlil edilib, milli iqtisadiyyatın perspektivi ilə bağlı müzakirə aparılıb.

1. Yeni sosial-iqitisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirlməsini nəzərdə tutur.

2. Kənd təsərrüfatı sahəsində yeni islahat kursu elan olunub. Məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsi; aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi; kənd təssərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin artırılması; kənd təssərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır.

Bu məqsədlər üçün normativ hüquqi baza təkmişləşdirilməsi, Ərzaq Təhlükəsilziyi Komissiyasınn yaradılması, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın təbiqi ilə bağlı hüquqi və institusional tədbirlərin görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımlar nəzərdə tutulur.

3. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığın təmin edilməsidir. İcbari tibbi sığortanın tətbiqi bu əlçatanlığı təmin etmək, tibbi xidmətlərin keyfiyyətini və əhatəsini genişləndirmək məqsədi güdür.

Azərbaycan əhalisinin bütün təbəqələri – həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər.  /Axar.az/ 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol