Medvedev Paşinyana lağ etdi - VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etiketə uymayan kuryoz hadisə bir gün əvvəl Yerevanda baş verib.
İclas zamanı Paşinyan " başqa sual yoxdursa, biz keçə bilərik”,- deyə Medvedevin üzünə baxaraq pauza verib. Medvedev isə gülərək "Yox. Hara keçək?” deməklə Paşinyanı çaşdırıb.
Paşinyan ətrafdakıların gülüşündən pərt olaraq " Sənədlərin imzalanması proseduruna”,- deyə cavab verib.
Rusiya nümayəndə heyəti bu anları gülüşlə qarşılayıb. Ermənistanda sosial şəbəkələrdə yayılmış bu videogörüntülərdə Medvedevin Paşinyanı qəsdən pərt etməsi hiss olunur.
Qeyd edək ki, Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün aprelin 29-da Yerevana səfər edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 