• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Paşinyana qarşı öldürücü həmlə: Qarabağ... - Bir saatlıq qapalı görüşün şifrəsi

Putindən Paşinyana qarşı öldürücü həmlə: Qarabağ... - Bir saatlıq qapalı görüşün  şifrəsi
29.05.2020 07:34
"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünün mənası odur ki, Kreml əvvəlkitək baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir”.


Bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, rus səfir Kremlin təlimatını yerinə yetirib: "Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri, adətən, müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Koçaryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır”.


E.Şahinoğlu qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Koçaryan Kreml üçün əziz siyasətçidir: "Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Koçaryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı. Baş nazir Rusiya səfirinin Koçaryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Koçaryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı + Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı bizə, Koçaryana dəstək verən zeyniyyət heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz”.


Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən gün Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşüb. Koçaryanın mətbuat katibi Viktor Soqomonyan görüşün Koçaryanın ofisində baş tutduğunu bildirib. Soqomonyan görüşün təkbətək keçirildiyini və bir saat davam etdiyini söyləyib.


(vətəninfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol