• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın gəlişi Azərbaycana nə vəd edir?

Ərdoğanın gəlişi Azərbaycana nə vəd edir?
02.09.2014 18:06
Yeni Azərbaycan Partiyası (YAP) baş katibinin müavini, millət vəkili Siyavuş Novruzov Türkiyə prezidenti Ərdoğanın Azərbaycana iki günlük səfəri ilə bağlı danışıb. ANS PRESS-in Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Siyavuş Novruzov səfərin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə daha da tövhə verəcəyini ifadə edib. "Heç kim bizim əlaqəmizi poza bilməz. Onsuz da, bir millət, iki dövlətin əlaqəsi başqa cür ola bilməz. Səfərdə həm regional, həm də ölkələrimizi maraqlandıran mövzularda çox ciddi müzakirələr, qiymətləndirmələr ediləcək"-deyə S. Novruzov bildirib. Müsavat partiyası başqanı İsa Qəmbər isə Türkiyə prezidenti Ərdoğanın ilk ziyarətlərindən birinin Azərbaycana etməsini məntiqli və çox əhəmiyyətli olaraq xarakterizə edib. Azərbaycan-Türkiyə əlaqələrinin həm iki dövlət, həm də bölgənin sülh və sabitliyi üçün çox əhəmiyyətli olduğunu vurğulayan Musavat başqanı, bölgədə baş verən problemləri xatırladıb. "Rusiya ilə Ukrayna arasındakı böhran bölgədə ciddi vəziyyət yaradıb. Bu problem bütün bölgəni və Azərbaycanı da narahat edir. Yaxın Şərqdə də ciddi problemlər var. Bu səbəblə Türkiyə və Azərbaycanın strateji müttəfiq olaraq ortaq hərəkət etməsi əhəmiyyət kəsb edir. Bu səfərdə ortaq hərəkət etmə mövzusunda əhəmiyyətli qərarların alınacağını düşünürəm".Millət vəkili Adil Əliyev də Ərdoğanın prezident olaraq ilk ziyarətini Şimali Kipr Türk Respublikasından sonra Azərbaycana etməsini əhəmiyyətli addım kimi qiymətləndirir. Bu vəziyyətin iki ölkə arasındakı bağın gücünü ortaya qoyduğunu ifadə edən Əliyev, Ərdoğanın səfərini əlaqələrin daha da genişləndirəcəyininin xəbərçisi kimi şərh edib. Millət vəkili Musa Qasımlı isə Ərdoğanın Mustafa Kamal Atatürkdən sonra Türkiyə tarixində xüsusi yerə sahib bir dövlət adamı olduğunu söyləyib. Millət vəkili sözlərinə belə davam edib: "Azərbaycan-Türkiyə əlaqələrinin tarixi kökləri var. Bu əlaqələri xalqlarımız təyin edir. Ərdoğanın səfəri, Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açacaq, qarşılıqlı əlaqələri daha da zənginləşdirəcək, gücləndirəcək". İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da Ərdoğanın səfərinin iki ölkə strateji və iqtisadi əlaqələrinin inkişafına və qarşılıqlı investisiyaların artmasına təkan verəcəyini dilə gətirib. İqtisadçı alim Türkiyənin, azərbaycanlı iş adamlarının ən çox sərmayə yatırdığı ölkələr arasında ilk pillələrdə olduğunu xatırladıb. V.Bayramov səfərin iki ölkə arasındakı ticarət həcminin artması cəhətdən də əhəmiyyət daşıdığını qeyd edib. Səfərin eyni zamanda Türkiyə-Azərbaycan enerji əməkdaşlığının artdığı bir dövrə təsadüf etməsinə diqqəti çəkən Bayramov sözlərinə belə davam edib: "İki ölkə Azərbaycan təbii qazının Türkiyə və Avropaya daşınmasını təmin edəcək Trans Anadolu Boru xəttini inşa edir. Bu xətdən sonra Azərbaycandan Türkiyəyə qaz ixracı 12,5 milyard kub metrə çatacaq".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol