• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni “ekspertin” Qarabağ sayıqlamaları

Erməni “ekspertin” Qarabağ sayıqlamaları
29.05.2020 03:07
Bu yaxınlarda Pravda.ru videokanalı qalmaqalları ilə məşhurlaşmış erməni mənşəli rusiyalı politoloq Andrey Areşevi (Areşyan) Qarabağ mövzusunda söhbət etmək üçün öz studiyasına dəvət edib. Bəri başdan qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ekspert rəyi vermək üçün erməninin, özü də belə bir ədalı erməninin dəvət edilməsi “bostanı keçiyə tapşırmaq” kimidir. Yarıfaşist və tam daşnak mövqeli “Noyev Kovçeq” nəşrində yazıları çap edilən bu erməni həmin münaqişə barədə nə obyektiv fikir söyləyə bilərdi!Biz həmin “ekspert”in sayaqlamalarını ətraflı təhlil etməyəcəyik. Yalnız bir neçə yalan epizod üzərində dayanacağıq ki, onlar münaqişənin mahiyyəti ilə azacıq da olsa tanış olan hər bir adamın diqqətini dərhal cəlb edir.Əvvələn, Areşev deyib ki, guya münaqişə tərəflərinin hər ikisi Madrid prinsiplərini rədd edib. Yalandır! Azərbaycan həmin prinsipləri qəbul edib, Ermənistan isə onları rədd edib. Bu barədə çox yazılıb.İkincisi, Areşev ərazilərin mübadiləsi barədə məşhur Qobl planına toxunaraq deyib ki, Ermənistan bu planı rədd edib, çünki həmin planda “Ermənistanın bir ərazisinin Ermənistanın digər ərazisi ilə mübadilə edilməsini nəzərdə tutulurdu”. Bu, tam cəfəngiyyatdır! Qoblun Mehri ilə mübadilə olunmasını təklif etdiyi Laçın nə vaxtdan “Ermənistan ərazisi” olub? Bundan əlavə, görünür, Areşevin xəbəri yoxdur ki, Robert Koçaryanın gözlənilmədən razılıq verdiyi plan (hərçənd, o bunu gözdən pərdə asmaq üçün və yalnız sözdə etmişdi) məhz Heydər Əliyev tərəfindən rədd edilmişdi. Azərbaycan lideri bu planın Azərbaycan üçün hazırlanmış bir tələ olmasını dərhal hiss etmişdi. Həmin tələnin mahiyyəti, əlbəttə, heç vaxt baş tutmayacaq faktiki mübadilə deyil (ilk növbədə ona görə ki, o, ermənilərə həqiqətən sərf etmir), Azərbaycanın öz sərhədlərinin dəyişdirilməsinə prinsip etibarilə hazır olmasını yoxlamaqdan və çox uzağa gedən presedent yaratmaq idi. Bundan sonra Azərbaycan hər dəfə ərazi bütövlüyü prinsipini xatırladanda onu şantaj etmək və haçansa öz ərazisini qurban verməyə hazır olmasını xatırlatmaq olardı. Aydındır ki, Areşev bunu bilmir. Lakin bir halda ki, o, “ekspert”dir, qoy indi bilsin.Pravda.ru studiyasında müxbir Lyubov Lyulko öz qonağından dəfələrlə soruşub ki, erməni tərəfin kompromisi nədən ibarətdir və ümumiyyətlə, Areşevin “reallıq” adlandırdığı Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq ayrılmasının Azərbaycan tərəfindən formal şəkildə tanınması müqabilində İrəvan ona nə təklif edir? Müsahibənin kulminasiya nöqtəsi olan bu məqamda Areşev çox naqolay vəziyyətə düşüb. Zavallı “ekspert” hətta özünü itirib və uzun müddət fikrini toplaya bilməyib. Qarabağ üzrə “ekspert” kompromisə çağırır, özü isə bu kompromisin nədən ibarət olmasını bilmir!!! O, ağlabatan bir söz demək üçün çox gücənir, amma Lyulkonun ondan əl çəkməyə hazırlaşmadığını və sualını təkidlə davam etdirdiyini görəndə, həqiqətə oxşar heç nə fikirləşib tapa bilməyib və improvizə etməyə çalışıb: “gərginliyə və insan ölümünə son qoymaq”, “tammiqyaslı müharibə təhlükəsini uzaqlaşdırmaq”...Belə düşünmək olar ki, guya öz hərbi qulluqçularını itirən təkcə Azərbaycan tərəfidir və tammiqyaslı müharibəyə cəlb edilmək istəməyən yalnız bizik.Bir sözlə, söhbətin sonunda müxbir elə belə də deyib: “Siz Ermənistan tərəfindən konkret hansı kompromis addımlar atılacağını deyə bilmirsiniz”.Bax, Rusiyanın “beyin mərkəzləri”nə və Rusiya jurnalistikasına yol tapmış erməni “ekspertlər” bu səviyyədədir.Yeri gəlmişkən, biz İrəvanın Azərbaycan tərəfə hansı “kompromis” təklif etdiyini xatırlamaqda həmin “mütəxəssisə” kömək edə bilərik – Yerevanın “ərazi müqabilində status”, yəni Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının formal baxımdan tanınması müqabilində ətraf rayonların azad olunmasını təklif edirdi. Lakin bu, məhz Areşyanın bizə “sırımaq” istədiyi məsələdir – Azərbaycanın bir ərazisinin Azərbaycanın digər ərazisinə dəyişdirilməsi . Areşyan isə hətta bu sərsəm təklifi də xatırlaya bilməyib. Bəlkə də ona görə ki, o, hətta həmin yeddi rayonu da itirmək istəmir.Həmin söhbətin videoyazısı “Youtube” portalında yerləşdirilib:Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol