• $
  • €
  • ₽
  • ₺
  • £

2014-cü ildə həlak olan hərbçilərimizin sayı açıqlandı

2014-cü ildə həlak olan hərbçilərimizin sayı açıqlandı
01.09.2014 09:18

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəsmi qurumların məlumatları və kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib.

Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 25-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 49-u isə qeyri-döyüş itkiləridir.

13 – nəfər avtoqəzadan, 2 – nəfər naməlum səbəbdən, 7 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar və ya ehtiyatsızlıq nəticəsində (asma, güllələmə, ehtiyatsızlıq) dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (115 nəfər) C.Sümərinli bildirdi ki, onların 23-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 26-ı erməni gülləsindən, 10 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 5 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 99 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Səfərbərlik və Hərbi idmətə Çağırış üzrə Dövlət Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.Ötən dövrdə Azərbaycanın 16 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.Eyni zamanda Ermənistanın 4 mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (üçü qaytarılıb, biri barədə rəsmi məlumatlar verilmir). Bundan başqa bir Ermənistan vətəndaşı (Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan təxribat dəstəsinin üzvü) Azərbaycan tərəfindən əsir götürülüb, bir müddət sonra onun öldüyü xəbəri yayılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol