• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevlə Ərdoğan hansı məsələləri müzakirə edəcək? - VİDEO

İlham Əliyevlə Ərdoğan hansı məsələləri müzakirə edəcək? - VİDEO
01.09.2014 08:59
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Çətin və maraqlı seçkidən sonra Çankaya Köşkünə yerləşən Ərdoğan ailəsi hələ köşkündə qərar tutmamış prezidentin səfərləri başlayıb.Ərdoğan bu gün tərfdarları qarşısında təcili işə başlamasını onunla belə bir zamanda vaxt itirməyin qətiyyən yol verilməz olması ilə əsaslandırıb: “İşləmək və dövlətin adını yüksəltmək lazımdır”.ANS TV-nin məlumatına görə, prezident seçkisindən səslərin 50 faizdən çoxunu qazanan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycana səfər edəcək. Prezident kürsüsünə sahib olan Ərdoğanın dövlət başçısı olaraq səfər edəcəyi ilk ölkənin Azərbaycan olması təsadüfü deyil. Baş nazir olduğu zamanlarda da Azərbaycana olan xüsusi sevgi və hörmətlə yanaşan Rəcəb Tayyib Ərdoğan bütün seçkilərdən sonra ilk səfərini məhz Bakıya edib.Azərbaycan prezidenti İlham Əliyevdə prezident seçkisindən sonra ilk səfərini qardaş Türkiyəyə etmişdi. Artıq bir ənənə halını alan bu səfərlər əslində hər iki dövlətin eyni köklərə malik olduğunu, dostuq münasibətlərinin qorunub saxlanılmasına bir işarədir. Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident kürsüsündə oturar-oturmaz Azərbaycana səfərə gəlməsi isə əlaqələrin daha da möhkəmləndirərək yeni uğurların əldə edilməsinə şərait yaradacağı şübhəsizdir. 2-3 sentyabr tarixlərində dövlət başçısı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutucaq görüşdə hər iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol