• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-dən Cavanşir Quliyevə QADAĞA

AzTV-dən Cavanşir Quliyevə QADAĞA
05.08.2019 08:50

"Sənatkarın ruhu azad olmalıdır. Azad olmayan sənətkar hökümətə, hakimiyyətə bağlı olan, ona əl açan sənətkar əsərlərində də azad olmayacaq və keyfiyyətli əsərlər də yazılmayacaq”,  bunu bəstəkar Cavanşir Quliyev BBC Azərbaycanca-ya müsahibəsində deyib. 

O, bildirib ki, AzTV-dən hazırlanan bir tamaşanın musiqisini yazmaqla bağlı sifariş alıb. Lakin sonradan rəhbərliyin bu sifarişin ona verilməsini bildikdə buna mane olduğunu qeyd edib: 

"Bu tamaşada xaricdə yaşayan azərbaycanlı aktyorlar da çəkiləcək, məndən də musiqini yazmağımı istədilər. Hətta başladım da işləməyə. Bir müddətdən sonra tamaşanın rejissoru dedi ki, AzTV-nin yeni sədri Rövşən müəllim dedi ki, bu tamaşanın musiqisini Cavanşir yazmayacaq".

AzTV-nin mətbuat xidmətindən bildirilib ki, "bəstəkarın bu ittihamının haradan qaynaqlandığı" onlar üçün də "müəmmalı"dır və bunu araşdıracaqlar.

Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovun sözlərinə görə, AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşaların heç birində "bəstəkar olaraq Cavanşir Quliyevə heç bir rəsmi müraciət olmayıb və yaxud bundan rəsmi imtina olmayıb".

"Ümumiyyətlə əvvəldən təsdiqlənən hər hansı bir yaradıcı heyətin siyahılarının heç birində Cavanşir Quliyevin adı olmayıb. Bu baxımdan bəstəkarın bu ittihamının haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq", Mübariz Aslanov qeyd edib.

Sözçü onu da vurğulayıb ki, AzTV heç bir zaman hansısa sənətçinin və ya mədəniyyət xadiminin əsərlərinə qadağa qoymayıb: 

"İstər AzTV, istərsə də Mədəniyyət kanallarında onlarla tanınmış sənətçilərin, xalq və əməkdar artistləri, bəstəkarların əsərləri yer alır və bu zaman Cavanşir Quliyevin də repertuarına yer verilir. Yeni tamaşalara gəlincə, istər aktyor, istərsə də musiqi tərtibatını bilavasitə peşəkarlara, bu sahədə öz sözünü deyən mütəxəssislərə etibar etmişik", - Mübariz Aslanov əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol