• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Qazaxda tutulan ermənidən xəbərsizdir

Müdafiə Nazirliyi Qazaxda tutulan ermənidən xəbərsizdir
29.05.2020 03:37
Müdafiə Nazirliyi Ermənistandan Qazağa bir erməninin keçməsi və tutulması xəbərini təsdiq eləmir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, onlarda belə bir məlumat yoxdur: “Əgər rəsmi bir açıqlama olsa, nazirliyin rəsmi saytında yerləşdiriləcək”.

“Yeni Müsavat”ın yerli müxbiri xəbər verib ki, Qazağın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb. Erməni Kəmərli sakini Adıgözəl Dursunovun həyətində müəyyən olunub. “Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə, 3-4 nəfər erməni də Azərbaycana keçmək üçün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı, soyadı dəqiqləşdirilir ,”- deyə müxbirimiz qeyd edib. Müxbirimiz Adıgözəl Dursunovla telefon əlaqəsi yaradıb. O bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar.  ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol