• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevanın qeyri-adi və çox səmimi müsahibəsi - PROTOKOLDAN KƏNAR

Mehriban Əliyevanın qeyri-adi və çox səmimi müsahibəsi - PROTOKOLDAN KƏNAR
26.08.2014 10:14
Hər şey haqqında sadə suallara qısa cavablar Mehriban Əliyeva şəxsiyyətinin dərinliyini, gözəlliyini və parlaqlığını qeyri-adi şəkildə üzə çıxarır. Azərbaycanın birinci xanımının "Baku" jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi.

"BAKU": İntrovert, yaxud ekstravert?İntrovert. Refleksiya - həyat tərzimin zəruri şərtidir. Hərçənd sosiumda ehtimal ki, ekstravert kimi qəbul olunuram."BAKU": Monoxrom, yaxud rəng?Monoxrom. Bir rəng bütövlük və yığcamlığın əlamətidir."BAKU": Cəld, yaxud asta?Sürət. İstənilən hərəkət statikadan üstündür."BAKU": Gecə, yaxud gündüz?Gündüz. Düşüncəsiz vəziyyəti sevmirəm."BAKU": Dünyada nəyi dəyişmək istərdiniz?Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyi, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır."BAKU": Həkim mərhəmətli olmalıdırmı?İstərdim ki, mərhəmətlilik insanlara peşə fəaliyyətindən asılı olmayaraq xas olsun."BAKU": Yaz, yaxud payız?Yaz da, payız da. Həm yay, həm qış. Axı yaz fevralda da olur. Ürəkdə."BAKU": Siz niyə aktrisa olmadınız?Gənclik illərində kinematoqrafla bağlı kiçik epizod məndə aktrisa olmaq istəyini qətiyyən oyatmadı."BAKU": Sevimli rəqəminiz?Yeddi."BAKU": Nikbin, yaxud bədbin?Nikbin. Mənə təfəkkür və söz maddiyyatı nəzəriyyəsi yaxındır. Belə olan halda neqativi maddiləşdirmək nəyə lazımdır?"BAKU": Sizin əsas həyat prinsipiniz?İstənilən vəziyyətdə ləyaqəti qorumaq."BAKU": Sevimli daş-qaşınız?Opal. O, dərin və həmişə müxtəlifdir."BAKU": Sizin üçün insanlarda üç əsas vacib keyfiyyət hansıdır?Ləyaqət, intellekt, mehribanlıq."BAKU": Biz total ayrılmalar dövründə yaşayırıq. Getdikcə daha çox xəyanətlər baş verir, həqiqi dəyərlər yalanla əvəzlənir. XXI əsrin insanı sevgisiz yaşaya bilərmi?Bütün dövrlərdə bəşəriyyət üçün sevgi nəfəs kimi tamamilə orqanik, zəruri və qaçılmaz hissdir."BAKU": Müasir cəmiyyətə ideallar lazımdırmı?İstənilən cəmiyyətə ideallar lazımdır. Əxlaqi ideallar."BAKU": Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini..."BAKU": Dostoyevski deyib ki, gözəllik dünyanı xilas edəcək. Bu belədirmi? Qadınlar dünya hadisələrinin gedişatına təsir edə bilərmi, yoxsa bütün qərarlar kişi siyasətçilərdən asılıdır?Dostoyevski öz qəhrəmanının dilindən mənəvi gözəllikdən, pisliyin insanların normal vəziyyəti ola bilməyəcəyindən, yalnız Xeyirin həqiqətən də gözəl olmasından bəhs edib. Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa, bu, Xeyirdir. Fikrimcə, burada gender sualının əlaqəsi yoxdur."BAKU": Siz həyatda həmişə hansı qaydaya riayət edirsiniz?Son dərəcə təbii olmaq. Oyun oynamamaq."BAKU": Niyə həyat belə həssasdır?İnsan həyatının niyə belə həssas olduğunu bilmirəm. Bəlkə ruhun davamlılığının rəhni bundadır?

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol