• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda Putinə qarşı hörmətsizlik - VİDEO

Ermənistanda Putinə qarşı hörmətsizlik - VİDEO
29.05.2020 06:27
Rusiya Prezidenti Vladimir Putinin üç illik fasilədən sonra Ermənistana səfəri zaman iki ölkə arasında əsən soyuq yellər obyektivlərdən yan keçməyib.
"Haber Global” xəbər verir ki, V.Putinin Avrasiya İqtisadi Birliyinin ali iclasında iştirak etmək üçün getdiyi Ermənistana səfəri başdan sona qədər gərgin ab-havada keçib. Prezidentin təyyarəsi iclasa sadəcə üç dəqiqə qalmış Yerevana enərkən bütün ziyarət müddəti isə sadəcə bir neçə saatdan ibarət olub.
Səfərdən əvvəl Paşinyan hökuməti tərəfindən həbs edilən Ermənistanın eks-prezidenti Robert Koçaryanın sərbəst buraxılması tələbi yerinə yetirilməyən Putinin buna rəğmən Koçaryanın arvadı ilə Rusiya səfirliyində görüşməsi də diqqətçəkən məqamlardan biri olub.

İki ölkə arasındakı gərginliyin səbəblərindən biri də təbii qazla əlaqəlidir. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini ötən il artırsa da, yerli mətbuata görə, növbəti 30%-lik artım da yoldadır.
Rusiya və Ermənistan arasındakı son bir neçə ildir davam edən gərginliyi şərh edən beynəlxalq politoloqlar son səfərdə bu gərginliyin çox hiss edildiyini və Putinin məsafəli davranışlarının da bunu bir daha sübut etdiyini bildiriblər.
Bundan əlavə, toplantıdan öncə verilmiş provokativ sual da gərginliyi pik həddə çatdırıb.
Belə ki, Putin və digər dövlət başçıları iclasın keçiriləcəyi binaya daxil olarkən Gürcüstanın "Rustavi-2” kanalının qadın müxbirlərindən biri dövlət başçısına "Rusiya sözündə nə vaxt duracaq? Əsgərlərinizi işğal olunmuş Abxaziya və Osetiyadan nə vaxt çəkəcəksiniz?” sualını verib.
O isə geri dönüb və əlini ağzına qoyaraq belə cavab verib: "Rusiya həmişə öz mükələffiyətlərini yerinə yetirib”.
Putin bir neçə saat davam edən Yerevan ziyarətinin ardından Paşinyan tərəfindən təyyarəyə qədər ötürülüb.
Ayrılarkən Paşinyanın onu qucaqlamasına baxmayaraq, Rusiya prezidentinin soyuq tövürləri diqqətlərdən yayınmayıb.(oxu.az)
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol