• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan İrəvana TƏRS ŞİLLƏ: "Qarabağ Ermənistanın deyil"

Rusiyadan İrəvana TƏRS ŞİLLƏ: "Qarabağ Ermənistanın deyil"
29.05.2020 12:12
"Moskva ilk dəfə rəsmi səviyyədə "Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı”.

Anews.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova azərbaycanlı jurnalsitin sualına cavab olaraq ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulamışdı: "Ancaq onun şefi, xarici işlər naziri Sergey Lavrov "Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi: "Qarabağ Ermənistandır” ifadəsi "Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”.

Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqi ilə yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, Ermənistandan isə vaz keçmək fikri yoxdur”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitinin İrəvanda keçirilməsi eyforiyasından hələ də çıxa bilmir: "Guya toplantı məhz ona görə İrəvanda keçirilib. Halbuki, təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Buna baxmayaraq, toplantıdan dərhal sonra parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin "uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin "Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki” kimi sadə sualına cavab verə bilməyib. Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl, Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək "Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız da doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa "yan” ola bilər”.(Publika)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol