Ərdoğan və Putin Soçidə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.
"Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.
Rusiya prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.
Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib.
www.anews.az
























