• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycana hərbi texnika satmaqdan imtina etdi

ABŞ Azərbaycana hərbi texnika satmaqdan imtina etdi
18.08.2014 18:25
Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı “Cougar” və HMMWV (Yüksək Hərəkət Qabiliyyətli Çoxtəyinatlı Nəqliyyat Vasitəsi) hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ tərəfindən mənfi cavab verilib.Bu barədə APA-ya hərbi mənbələrdən bildirilib.Adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilsə də, ABŞ tərəfi bu maşınları Azərbaycana satmaqdan imtina edib. Qarşı tərəf bu addımı münaqişəli ölkələrə silah və hərbi texnika satışına rəsmi Vaşinqtonun embarqosu ilə əlaqələndirib.Qeyd edək ki, bir il öncə ABŞ-ın Əfqanıstandan çıxardığı qoşunlarının inventarında yer alan hərbi texnikanın böyük qisminin satışa çıxarılacağı və satış zamanı sülhyaratma əməliyyatlarında aktiv iştirak edən dövlətlərə önəm veriləcəyi açıqlanmışdı.Azərbaycan tərəfi sülhyaratma əməliyyatları üçün nəzərdə tutulan briqadanı yerli istehsal olan “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri və Türkiyə istehsalı olan “Cobra” zirehli maşınları ilə təchiz edəcək.

Məlumat üçün bildirək ki, münaqişələri əsas gətirib münaqişəli ölkələrə silah və hərbi texnika satmayan ABŞ son illərdə Gürcüstana 10-dan artıq “Cougar” və 100-ə yaxın HMMWV tipli maşın bağışlayıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol