• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB

Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB
29.05.2020 11:22
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və BP şirkəti ilə birgə hazırladığı yeni "monitorinq.az" portalının təqdimatı keçirilib.
Anews.az xəbər verir ki,  portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirməsi qurumlar arasında olan kommunikasiya məsafəsini azaltmaq, monitorinq və qiymətləndirmə institutunun rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.

İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökumət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. O bildirib ki, İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri, aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir.

V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasını Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqların nəticəsi olduğunu qeyd edib. Monitorinq.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Big Data bazası yaratmağa imkan yaradır.

Digər tərəfdən azrenkinq.az portalı isə Big Data- dan istifadə etməklə islahatların generizasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. O bildirib ki, gələcəkdə monitorinq.az və azrenkinq.az portalları arasında funksional əlaqə "müdrik çevrə" yaradılacaq.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, BP İİTKM ilə birgə elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilmək layihəsini artıq başa çatdırılıb. O qeyd edib ki, BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiqdir. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.(Report)
Qeyd edək ki, bu layihənin dəyəri 204 min manatdır.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol