• $
  • €
  • ₽
  • ₺
  • £

“Naxçıvanın işğal təhlükəsi var” – silahlanmaya çağırış

“Naxçıvanın işğal təhlükəsi var” – silahlanmaya çağırış
18.08.2014 12:08
“Naxçıvanın işğal təhlükəsi həmişə var. Buranı işğal etmək Azərbaycandan qisas almaq və güclü zərbə vurmaq üçün ən uyğun variantdır”.Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri Vəfa Quluzadə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin bu gün Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.“Rusiya erməni işğalı ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni kəsib. Lakin Naxçıvanın Türkiyə ilə sərhədi var. Naxçıvanı elə güclü müdafiə etmək lazımdır ki, ora heç kim müdaxilə etmək cəsarətində olmasın. Rusiya Türkiyə ilə sərhəddə yerləşən Gümrüdə hərbi baza yaradırsa, Türkiyə də Naxçıvanda hərbi baza yerləşdirməlidir”, - sabiq dövlət müşaviri qeyd edib.V. Quluzadə bildirib ki, əgər bu baş verməsə Naxçıvan əhalisi silahlandırılmalıdır: “Vaxtilə çar dövründə Rusiyanın bir çox əyalətlərinndə kazak dəstələri yaradılırdı. Yəni, əhali silahlandırılırdı. Hesab edirəm ki, Naxçıvan əhalisi silahlandırılmalı və həmişə döyüşə hazır vəziyyətdə saxlanılmalıdır”. V. Quluzadə Avrasiya İttifaqına qarşı Cənubi Qafqaz ittifaqının mümkünlüyünü də istisna etməyib: “Azərbaycan, Türkiyə və Gürcüstanın sıx əlaqələri var. Bizim milli maraqlarımız tamamilə üst-üstə düşür. Məhz buna görə də Cənubi Qafqaz ittifaqı yarada bilərik. Avrasiya İttifaqından gələ biləcək təhlükənin qarşısını region ittifaqı ilə almaq olar”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol