• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı bütün binaların dam örtükləri - TƏMİR EDİLƏCƏK

Bakıdakı bütün binaların dam örtükləri - TƏMİR EDİLƏCƏK
29.05.2020 12:17
"Maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab verməlidir".
FED.az "Marja"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bildirib.


"Dam örtükləri ilə bağlı vəziyyət necədir? Çünki qış yaxınlaşır. Bu məqsədlər üçün də ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin. Hansı işlər görülüb və nə planlaşdırılır?"

Eldar Əzizov deyib: "Sizin Sərəncamınıza uyğun olaraq bu proses artıq Bakı şəhərində fəal surətdə həyata keçirilir. Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulubdur. Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıbdır. Biz artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Şirkətlərlə danışıqlar aparılıb, Sizin tələbiniz çatdırılıb ki, ən keyfiyyətli materiallardan istifadə etmək vacibdir. Biz öz tərəfimizdən sakinlərin istək və arzularını nəzərə alaraq işin nəticələrini onların iştirakı ilə qəbul edəcəyik. Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol