• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar

Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05.11.2019 07:54
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.
 
Anews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, Kollegiyanın sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Kollegiyanın üzvləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini və müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Qərar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tərkibində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri daxil edilib. O cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri də Kollegiya üzvü olub. Bununla da Kollegiya üzvlərinin sayı 13 nəfərə çatıb. 
Qeyd edək ki, bu, Əli Əsədovun Baş Nazir kimi imzaladığı ilk qərardır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol