• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan öz xalqını təhqir etdi

Sarkisyan öz xalqını təhqir etdi
15.08.2014 12:05
Suda boğulanlar gərək özləri özlərini sudan çıxarsın. Erməni dövlətinin başçısı belə hesab edir.  Hər şey zəhmətdən asılıdır və əgər yaxşı zəhmət çəkilərsə, istənilən problemi həll etmək mümkün olar. Bu sözlər Ermənistan prezidentinə məxsusdur. Erməni qəzetlərinin yazdığına görə, Serj Sarkisyan bu sözləri əhalinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 35%-nə ünvanlayıb. Amma prezident Ermənistanda qəhətə çəkilmiş işi hardan tapmağın yollarını göstərməyib.  Yəni o, məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis işləyirlər.  Serj Sarkisyan altıncı ildir ki vəzifədədir və onun reytinqi bu gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə cinayətkar oliqarxiya sistemi güclənir. "Kriminal" adlı yoluxucu xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox sirayət edir. Bu barədə "Jamanak" qəzeti yazır.  

Bununla yanaşı, KİV-lər həyəcanla ərzaq məhsullarının nəzərə çarpacaq dərəcədə bahalaşmasından danışıb. Meyvə və tərəvəzin, donuz ətinin qiyməti qalxıb. Qəzetlərin yazdığına görə, çörək zavodlarının və kiçik çörək sexlərinin inflasiyaya və elektrik enerjisi tariflərinin qalxmasına necə dözməsi anlaşılan deyil. Xalqın arasında möhkəm gəzən söhbətlərə görə, çörəkçilər xəmir hazırlayarkən hansısa əlavələr qatırlar və çörəyin çəkisini azaltmağa çalışırlar. (ANS)

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol