• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Qarabağ müharibəsində

Türkiyə Qarabağ müharibəsində
14.08.2014 15:34

Qarabağda müharibə başlayarsa, Türkiyədən minlərlə gənc könüllü olaraq döyüşlərə qatılacaq.

ANS PRESS-ə bu barədə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib. "Birinci Qarabağ savaşının başladığı 1992-ci ildə də Türkiyədən həm Azərbaycan türkləri, həm də Türkiyə türkləri sərhədi keçərək Qarabağda ermənilərə qarşı qəhrəmancasına döyüşmüşdülər. Naxçıvanda da ermənilərə qarşı döyüşən könüllü türk gənclər var idi. Bu gün də döyüş başlayarsa, Qarabağa gedib Azərbaycan əsgərləri ilə çiyin-çiyinə vuruşaraq canından keçməyə can atan minlərlə könüllü gənc var. Qarabağa getmək istəyən gənclər hər gün bizə müraciət edirlər",- deyə Sərdar Ünsal vurğulayıb.Amma onun sözlərinə görə, Türkiyə azərbaycanlıları Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini tərəfdarıdırlar. “Lakin münaqişə dinc yolla həll edilməzsə, torpaqlarımızın döyüş yolu ilə geri alınmasını tələb edirik. Bu gün Azərbaycan güclü bir dövlətdir. Güclü ordusu və silahı var, işğal edilən torpaqları geri ala biləcək gücdədir”,- deyə dərnək başçısı vurğulayıb.Sərdar Ünsal Azərbaycan ordusunun qələbə çalacağına inanır: “Ermənistan bilir ki Azərbaycan 1992 ci ildəki vəziyyətdə deyil, çünki Azərbaycan 22 il içində son model silahlara sahib güclü bir ordu yaradıb. Döyüş olarsa, mütləq Azərbaycan ordusu qalib gələcək”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol