• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu xəbər bizə mesajdır"

"Bu xəbər bizə mesajdır"
13.08.2014 21:15
“Qarabağı beş yox, on milyard təklifi ilə almaq mümkün olarsa, bu Azərbaycan üçün çox uğurlu bir addım olar”.Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev erməni və rus mətbuatında Qarabağın pul qarşılığında geri qaytarılması ilə bağlı dərc olunan xəbərləri şərh edərkən deyib.Onun sözlərinə görə, əgər belə bir variant varsa, on milyarda başa gəlsə belə, çox uğurlu bir addım olar:“Çünki müharibənin riski və mahiyyəti daim daha yüksək və daha bahalıdır. Beş min vətəndaşımızın həyatı daha dəyərlidir. Ancaq Rusiya və Ermənistan mətbuatında yazılanlar nəinki həqiqət, heç məlumat da deyil. Bu cür informasiyalar təsdiq olunmadığından bunu İrəvanın Qarabağla bağlı xülyası da hesab etmək olar”.F.Mehdiyevin fikrincə,  bu yanaşmalar sadəcə olaraq bir ehtimal və spekulyasiyadır.“Əlbəttə, Qarabağ ətrafında səslənən müxtəlif variantlardan belə bir ehtimalın baş tutması Azərbaycan hökumətinin diplomatik uğuru olardı. Çünki Ermənistana məhz onun dövlət büdcəsini təklif etmək Azərbaycanın nələrə qadir olduğunun sübutudur. Həqiqət olan Soçi görüşü idi. İndi məsələlər tamam başqa müstəvidə davam edir. Əgər Cenevrədə gizlin danışıqlar getsəydi, bundan nəinki erməni, dünya mətbuatı yazardı. Dağlıq Qarabağ məsələsi ətrafında danışıqlar artıq iyirmi ildir ki, aparılır. Buna görə də Ermənistanın özünə sərf edən belə fərziyyələri heç məlumat da sayıla bilməz.  İrəvan artıq yolun sonundadır. Bilmək olmaz, bəlkə də təsdiq olunmayan bu məlumat hansısa üstüörtülü bir mesajdır”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol