• $
  • €
  • ₽
  • ₺
  • £

İngilis deputatdan müraciət - Girovlara görə

İngilis deputatdan müraciət - Girovlara görə
13.08.2014 10:56
Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, millət vəkili Devid Liddinqtona məktubla müraciət edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, məktubda deyilir:  “15 iyul tarixində Şahbaz Quliyev və Dilqəm Əsgərov mübahisəli Dağlıq Qarabağ ərazisində yerləşən Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılıblar. Hər iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınan, lakin ermənilər tərəfindən “sərhəd” kimi iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olublar. Lakin onlar hüquqi müdafiə ilə təmin edilmədən saxlanılıb, daha sonra erməni telekanallarında “təxribatçı” kimi təqdim ediliblər. Onlara bir mülki şəxsin və bir hərbiçinin ölümündə ittiham irəli sürülüb. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib.  Əminəm, Siz də razılaşarsınız ki, heç bir mülki şəxs öz evini ziyarət etmək istəyində olduğu üçün bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, yaxud öldürülməməlidir. Bu şəxslərə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən zəruri yardımın və konsulluq xidmətinin göstərilməsi zəruridir. Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin mən ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və iki şəxsin doğma evinə qaytarılmasının nə qədər mühüm olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən Həsən Həsənovun məsələsi ilə bağlı ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbini araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırasınız. Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcək”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol