Çexiyadan çağırış: Dağlıq Qarabağa getməyin!

Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb. APA-nın Çexiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsinə təmin edə bilməz.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















