Həbs edilən kriminal avtoritetlə bağlı YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Rafael Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
R.Hüseynovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, kriminal avtoritet kimi tanınan 1975-ci il təvəllüdlü Rafael Oktay oğlu Hüseynov sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.
O, daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
www.anews.az
























