• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədovun yaxın qohumu 250 milyonluq tender qazanıb — İDDİA

Oqtay Əsədovun yaxın qohumu 250 milyonluq tender qazanıb — İDDİA
29.05.2020 05:56
Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu bildirilən "Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tender udub. 

Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. 

Arash Medical Company 9 il ərzində 366 tender udub ki, bu satınalmalrın əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur. 

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, "Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb. 

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. 

"Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız "Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o "Arash Medical Company”nin direktoru kimi təqdim edilib.  

Lakin mediada MMC-nin faktiki sahibinin Cavid Əsədov olması haqda çoxsaylı materiallara rast gəlinir. 2014-cü ildə Cavid Əsədovun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində hallandırılırdı. 

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovun oğlu Həbib Axundovla yanaşı Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. Sonradan isə hər iki şəxsin əslində zərərçəkən olması barədə məlumatlar yayıldı.(Yeni Sabah)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol