• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ramil Səfərov və girov düşənlər haqda nə dedi? - VİDEO

İlham Əliyev Ramil Səfərov və girov düşənlər haqda nə dedi? - VİDEO
09.08.2014 09:35
"Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır" Prezident İlham Əliyev avqustun 6-da vətəndaşlarla görüşündə erməni girovluğunda olan azərbaycanlılar  Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması üçün atılacaq addımlardan danışıb. İlham Əliyev çıxışı zamanı həmçinin Azərbaycan zabiti Ramil Səfərovla bağlı fikirlərini də bölüşüb.  İstiqamet.com İ.Əliyevin çıxışını təqdim edir.   "Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər çətin olsa da, biz bunu etmişik. Bildiyiniz kimi, Ramil Səfərovu da Vətənə qaytarmışıq. Baxmayaraq siz də yaxşı bilirsiniz ki, bundan sonra bizə qarşı nə qədər təzyiqlər başlamışdır. Mən, düzü, bunu gözləyirdim, amma bu dərəcədə gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yox idi. Birincisi, mən o vaxt demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan öz zabitini vətənə qaytarıb, vəssalam. Kim nə deyir-desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisi, biz heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli etmişik. O, ekstradisiya edilib, yəni vətənə qaytarılıb və mən burada dərhal onu əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə ümumiyyətlə yer qalmır. Üçüncüsü, Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal altındadır və o, 8 ildən çox cəza çəkib. Ona görə hər şey ədalətli idi və o qayıdıb Azərbaycanda yaşayır, orduda xidmət edir. Budur, bizim yanaşmamız. Ona görə, əlbəttə, biz çalışacağıq ki, bu məsələ də həll olunsun. 

Mən dəfələrlə demişəm, dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var. O dövlət ki, heç vaxt öz vətəndaşını darda qoymaz".(istiqamet.com)

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol