• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanın KTMT xülyası bitdi: “Qazaxıstan qardaş ölkə, Belarus isə…”

Yerevanın KTMT xülyası bitdi: “Qazaxıstan qardaş ölkə, Belarus isə…”
08.08.2014 16:03
Azərbaycanı mütəmadi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələyən Ermənistanın təşkilata olan ümidləri getdikcə tükənir.
 
Publika.az-ın verdiyi xəbərə görə, erməni mətbuatı son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə KTMT-nin heç bir reaksiya vermədiyini bildirir.
 
“Ermənistanın təhlükəsizliyin təmin olunması sisteminin əsas komponentlərindən sayılan KTMT təmas xəttindəki gərginliyə heç bir reaksiya vermədi. Halbuki təşkilat üzvü olduğu Ermənistanın müdafiəsi ilə bağlı öhdəlikləri üzərinə götürüb”, - erməni mətbuatı yazır.
 
Hərbi ekspert Qaqik Karapetyan deyir ki, KTMT-nin indiki siyasəti tamamilə qeyri-təbii və qəbuledilməzdir: “KTMT ölkələrindən heç biri hadisələrə reaksiya vermədi. Yalnız Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov qısa şəkildə vəziyyətin ağır olduğunu bildirdi”.
 
O, KTMT-nin sükutunu belə izah edir: “Qazaxıstan Azərbaycan üçün qardaş dövlətdir və bir-birini dəstəklədiyindən, təbii ki, reaksiyalar da olmayacaq. Belarus, sadəcə olaraq,  iqtisadi və hərbi-sənaye siyasətini aparır. Azərbaycana silah satır. KTMT-nin sükutu o demək deyil ki, təşkilat təsir vasitələrinə malik deyil. Onlar, sadəcə olaraq, bunu etmək istəmirlər, çünki bu, onların ümumi maraqlarına cavab vermir”.
 
Hərbi ekspert əmindir ki, genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlasa, KTMT kənarda qalmağa çalışacaq.
 
Hərbi analitik Samvel Babayan da hesab edir ki, KTMT cəbhə xəttindəki hadisələrə reaksiya verməyə borclu idi: “Fikrimcə, yalnız özümüzün silahlı qüvvələrimizə ümid etməyə məcburuq”.
 
Hərbi ekspert Samvel Petrosyan isə bu qənaətdədir ki, KTMT ölkələri Soçi görüşünün nəticələrini gözləyirlər.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol