• $
  • €
  • ₽
  • ₺
  • £

Romanenko: “Ermənistan Qarabağı itirəcək”

Romanenko: “Ermənistan Qarabağı itirəcək”
07.08.2014 18:59
“Mən heç nəyi izah etməmişəm, sadəcə olaraq, müəyyən ştrixlərlə konfliktdə bizim mövqeyimizi aydınlaşdırmışam”. 
 
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı politoloq Yuri Romanenko dünən öz Feysbuk səhifəsində Qarabağla bağlı bölüşdüyü fikirləri yenidən aydınlaşdırmaqdan ötrü yazıb. 
 
O, müxtəlif faktlara əsaslanaraq, rəsmi İrəvanın vəziyyətinin çox çətin olduğunu göstərib:
 
“Mən niyə Ermənistanın mövqelərinin zəif olmasını izah edəcəm. Qonşularla münasibəti: Türkiyə - düşmən, Azərbaycan- düşmən. Gürcüstan isə Türkiyənin orbitindədir. O, daima burada öz mövqelərini möhkəmləndirir. Yalnız İranla münasibətlər İrəvana yaşamağa imkan verir. Amma İran da son günlər Qərbə doğru yönəlir və bundan sonra Rusiyanın istəklərinə daha az maraq göstərəcək. 
 
Rusiya – Ermənistanın əsas müttəfiqi və donorudur. 
 
Perspektivləri: Yaxın müddətdə Türkiyənin regional təsiri daha da artacaq. İranın regional təsiri bu dəqiqə müəyyənləşdirilməmiş mərhələdədir. Ermənistanın əsas müttəfiqi olan Rusiya yaxın gələcəkdə Ukraynaya görə ağır daxili böhrana girəcək. Beləliklə, Rusiya spirala daxil olur və özü uğursuzluğa düçar olur. Bunun nəticəsində isə Ermənistan Azərbaycan və Türkiyə ilə baş-başa qalacaq. Bəs onun hansı şansları olacaq? Heç bir. 
 
Bəs Ermənistanın hansı variantı ola bilər? Avropa Birliyi və ABŞ-da olan erməni lobbisindən kömək istəmək. 
 
Məsələnin qiyməti necə olacaq? Qarabağ itiriləcək. Əks təqdirdə ABŞ və Avropa Birliyi Türkiyəylə Azərbaycana qarşı münasibətlərində hansı vasitələrdən istifadə etməlidir ki, onları dayanmağa məcbur etsin?”
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol