• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənini tutan kənd sakini danışdı - VİDEO

Ermənini tutan kənd sakini danışdı - VİDEO
07.08.2014 17:08
Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon Ağbulaq kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılıb. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə saxlanılan şəxs Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Petrosyan Artuş Dalenoviçdir. Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun APA-nın qərb bürosuna bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub. “Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Hardan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim”, - deyə o bildirib. R. Quliyev onun 45 yaşı olması barədə deyilənlərin bir qədər şübhəli olduğunu deyib. Onun çox gənc - təxminən 30-35 yaşlarında olduğunu ehtimal edən R. Quliyev erməninin səliqə ilə geyindiyini, mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib. “Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır”, - deyə  R. Quliyev bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol