• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Abdullanın səlahiyyəti artırıldı

Kamal Abdullanın səlahiyyəti artırıldı
07.08.2014 12:53
Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib. 
ANN.Az aznews.az-a istinadən xəbər verir ki, yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq. Komissiya üzvləri kənd və qəsəbələrdə, ərazi üzrə dini və milli icmalarda görüşlər, tədbirlər keçirəcək. 
Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib. 
Bu məlumat əlaqə saxladığımız rayon icra hakimiyyətlərinin birinci müavinləri tərəfindən də təsdiq edilib. Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov isə məlumatı təsdiqləməklə yanaşı, artıq işlərə start verildiyini bildirib. 
Onun sözlərinə görə, yeni yaradılan komissiya üzvləri ilə birgə rayondakı məscid və ümumən ibadət ocaqlarında görüşlər keçirilir, dini icma üzvləri ilə əlaqələr genişləndirilir. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol