• $
  • €
  • ₽
  • ₺
  • £

“Prezident gəldiyi üçün əhval-ruhiyyəmiz çox yüksəkdir”

“Prezident gəldiyi üçün əhval-ruhiyyəmiz çox yüksəkdir”
06.08.2014 16:28
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Ağdam rayonundadır. 
ANN.Az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, dövlət başçısı Quzanlı kənd sakinləri ilə görüşüb. 
"Çox əla bir görüş oldu, prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir. Bir az olar prezident bizim kəndi tərk edib başqa kəndlərə getdi".
Hələ ki, rəsmi kütləvi informasiya vasitələri bu görüş barədə məlumat vermir. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə deyilir ki, prezident cəbhə kəndlərində əsgər və zabitlərlə görüşüb. 
Avqustun 1-ə keçən gecə Azərbaycanla Ermənistan sərhəddi və təmas xətti boyunca hər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusu olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanm silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun Azərbaycan ordusunun mövqelərinə hücumu nəticəsində 8 əsgər həlak olub. Rəsmi məlumatlarda qarşı tərəfin də çoxsaylı itkilər verdiyi bildirilir. Ermənistan tərəfi bir neçə əsgərinin öldüyünü və yaralandığını bildirir. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol