1000-ə yaxın neftçi dənizdən təxliyyə olundu - SOCAR-dan AÇIQLAMA

Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) dənizdəki neftçilərin təhlükəsizliyini gücləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Havanın dəyişməsi ilə əlaqədar olaraq bütün təhlüksizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Açıq platformalarda bütün işlər dayandırılıb.
Dünəndən etibarən 1000-ə yaxın neftçi təxliyyə olunub, sahilə çıxarılıb. Hazırda platformalarda növbətçilik təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin gəmiləri də növbətçilik rejimindədir”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























