• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: “Orada heç kəs xəsarət almayıb, heç orada jurnalist də olmayıb”

DİN: “Orada heç kəs xəsarət almayıb, heç orada jurnalist də olmayıb”
29.05.2020 08:54
Dünən Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin etiraz aksiyasında iştirakçılara və jurnalistlərə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı yayılan foto və videolara rəsmi münasibət bildirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Yeniavaz.com-a açıqlamasına orada ümumiyyətlə jurnalist olmadığını dedi:
 
"Orada heç kəs xəsarət almayıb. Heç orada jurnalist də olmayıb. Orada dırnaqarası jurnalistlər olub. Həqiqi jurnalist deyildilər, dırnaqrası jurnalistlərdi. Jurnalist təhsili yox, konkret bir mətbuat orqanında işləmir, əlinə bir telefon alıb şəkil çəkir, deyir jurnalistəm”.

E. Zahidov həmçinin bildirdi ki, aksiya qanunsuz olub, polis də bunun qarşısını alıb və iştirakçıları oradan uzaqlaşdırıb.

Qeyd edək ki, ötən gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş Rəbiyyə Məmmədova seçkilər zamanı baş vermiş qanun pozuntularına etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib.
 
O qurumun inzibati binasının qarşısında əyləşib və onun çağırışı diqqətə alınmadan buradan ayrılmayacağını deyib. Daha sonra bir neçə namizəd də ona qoşulub. Bir müddət sonra polis aksiyanın qarşısını alıb və aksiyaçılar oradan uzaqlaşdırılıb. Dünənki aksiya zamanı Arzu Abdulun qabırğaları, Rəbiyyə Məmmədovanın isə qolunun sındığı bildirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol