• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident başsağlığı verdi

Prezident başsağlığı verdi
01.08.2014 23:44
Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, idman xadimləri tanınmış futbolçu Ələkbər Məmmədovun ölümü ilə bağlı başsağlığı veriblər.“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə imzalanan nekroloqda deyilir:-Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində vəfat edib.Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.Ələkbər Məmmədov 1948–1953-cü illərdə Bakının “Neftçi”, 1954–1959-cu illərdə Moskvanın “Dinamo” və 1960–1962-ci illərdə yenidən Bakının “Neftçi” komandalarının tərkibində parlaq oyunları ilə məşhur futbolçu kimi tanınmışdır. O, 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində çıxış etmiş, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini layiqincə təmsil edib.Ələkbər Məmmədov 1963–1965 və 1971–1972-ci illərdə “Neftçi” komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu yeni nəslin yetişdirilməsinə töhfələr verib.Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunmuşdur. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşmışdır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurub.Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər göstərmişdir. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanıb.Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlar, orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.Allah rəhmət eləsin!İlham ƏliyevArtur RasizadəOqtay ƏsədovRamiz MehdiyevMehriban ƏliyevaHacıbala AbutalıbovFatma AbdullazadəAzad RəhimovMikayıl CabbarovRövnəq AbdullayevAğacan AbiyevSiyavuş QarayevÇingiz HüseynzadəXəzər İsayevRauf ƏliyevElşad NəsirovYuri KuznetsovKazbek TuayevValeri HacıyevMübariz ZeynalovYaşar Babayevİqor Ponomaryovİsgəndər Cavadov

Qeyd edək ki, mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98) keçiriləcək.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol